Pasiyent Haqları – Məlumat Bukleti
Vacib qeyd: Bu materialda göstərilən məlumat təhsil məqsədləri üçündür və peşəkar tibbi məsləhəti əvəz etmir.
Professor Giorgi Pxakadze, Gürcüstanın İctimai Səhiyyə İnstitutu. Gürcüstanın Pasiyentlər Şurası Təşəbbüsü. “Pasiyent Hüquqları – Məlumat Kitabçası”. Tbilisi: Gürcüstanın İctimai Səhiyyə İnstitutu;
Gürcüstanın “Pasiyent Haqları” qanununa əsasən, siz, bir pasiyent olaraq, aşağıdıki haqlara maliksiniz:
• Hər bir Gürcüstan vətəndaşı, ölkədə tanınmış və tətbiq edilən peşəkar və xidmət standartlarına uyğun olaraq, istənilən tibbi xidmət göstəricisindən tibbi yardım alma haqqına malikdir.
• Pasiyentin irq, dəri rəngi, dil, cins, genetik irs, inanc və din, siyasi və digər fikirlər, milli, etnik və sosial mənşə, status, yaşayış yeri, xəstəlik, cinsi orientasiya və yaşanan şxsi neqativ münasibətlərə görə diskriminasiyası qadağan edilir.
• Pasiyentin maneəsiz şəkildə başqa bir həkim və ya tibbi müəssisədən ikinci rəy alma haqqı var.
• Pasiyentin istənilən vaxtda tibbi xidmət göstəricisini seçmə və dəyişdirmə haqqı var.
• Dövlət, pasiyentin təcili tibbi yardım alma haqqını qoruyur, əks halda pasiyentin ölümü, əlilliyi və ya sağlıq durumunun əhəmiyyətli dərəcədə pisləşməsi qaçınılmazdır. Əger pasiyentin təcili tibbi yardıma ehtiyacı varsa və xidmət göstərici bu yardımı göstərə bilmirsə, o zaman pasiyentə, onun yaxınına və ya qanuni nümayəndəsinə təcili tibbi yardımı haradan ala biləcəyi barədə tam məlumat verməlidir.
• Gürcüstan vətəndaşı olan şxs digər bir dövlətdə olduqda, habelə Gürcüstanda olan xarici vətəndaş və ya vətəndaşlığı olmayan şxs beynəlxalq müqavilə və sazişlərə uyğun şəkildə sağlıq haqqına zəmanət alır. Belə müqavilə və sazişlər olmadıqda, şxsin olduğu ölkənin qanunvericiliyi tətbiq edilir.
• Əvvəlcədən məlumat alaraq verilmiş bütün haqlardan azadca istifadə etmə haqqı.
• Mövcud tibbi resurslar və onların göstərilmə metodları, ödəmə formaları və şəkilləri barədə məlumat alma haqqı.
• Yüksək keyfiyyətli tibbi yardım alma haqqı.
• Müalicə əlaqəli qarar verilmə prosesində sənin və ya ailə üzvünün iştirakı haqqı.
• Tibbi yardımla əlaqəli şxsi məlumatların məxfi saxlanılması haqqı.
• Pasiyentin və ya onun qanuni nümayəndəsinin məhkəməyə müraciət edib kompensasiya istəmə haqqı.
• Xüsusi bir tərzdə və ya ümumilikdə tibbi xidmətdən imtina etmə haqqı və belə bir qararın potensial nəticələri barədə tam məlumat alma haqqı.
• Göstərilən xidmətlərlə bağlı narazılığı və ya rəyləri ifadə etmə haqqı.
• Yazılı cavab istəmə haqqı.
• Klinikaya ziyarətin haqda məlumatın ailə üzvünə/qanuni nümayəndəyə verilməsini və ya verilməməsini istəmə haqqı.
• Xəstəxanaya ziyarətin haqda məlumatın açıqlanmasının qadağan edilməsini istəmə haqqı.
• Telefon və email daxil olmaqla müxtəlif əlaqə vasitələrindən istifadə etmə haqqı, lakin bu hal təbabətin və bərpa prosesinin pozulması hesab edilərsə müşahidə edilməlidir.
• Pasiyent klinikaya ziyarəti haqqında məlumatların ailə üzvünə və ya qanuni nümayəndəyə verilməsini və ya verilməməsini istəmək haqqına malikdir.
• Xəstəxanaya ziyarət haqqında məlumatların açıqlanmasının qadağan edilməsini tələb etmək haqqı.
• Müxtəlif əlaqə vasitələrindən, o cümlədən telefon və elektron poçtdan istifadə etmək haqqı, lakin bu hallar iştirakçı həkim tərəfindən müalicə və bərpa prosesinə maneə kimi qiymətləndirilə bilər.
• Tibbi sənədlərin surətini tələb etmək haqqı.
• Ağrı nəzarəti üçün adekvat müalicə alma haqqı.
Əgər hüquqlarınızın pozulduğunu və ya pozula biləcəyini düşünürsünüzsə, +995598435034 nömrəli pasiyent əlaqə xəttinə zəng edin. Şikayətinizi info@accreditation.ge elektron poçtu və ya www.sheniekimi.ge veb saytından edə bilərsiniz.
“İctimai Səhiyyə İnstitutu”nun Pasiyent Əlaqələri üzrə Koordinatoru: Tatiya Qoçadze.
მასალის გამოყენების პირობები